Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart 2020 - 09:45

Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur”. 

Bunu Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram səhifəsində bildirib.

Mehriban Əliyeva soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.