Mehriban Əliyeva:“Azərbaycanda COVID-19-in son dalğası azalmaqdadır”

 

“Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır. Lakin maraqlıdırsa, mən bir qədər təcrübəmiz barədə danışa bilərəm, çünki Azərbaycan da daxil olmaqla, bütün ölkələrin qarşılaşdığı vəziyyət qeyri-adi idi və problem çox böyük idi.

İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm. Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi. Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş zamanı Azərbaycanda COVID-19-la bağlı vəziyyətə dair suala cavabında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliya hökuməti xüsusi karantin rejiminin müddətini uzatmaq niyyətində deyil

Sonrakı məqalə

Prezidenti İlham Əliyev: