Mehriban Əliyeva İlham Əliyevin doğum gününü təbrik etdi:“Gümrahlığı, tükənməz enerjisi və mehribanlığı örnəkdir”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva dövlət başçısı İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Azpost.info bildirir ki, M.Əliyeva sosial şəbəkə üzərindəki səhifəsində yazıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.
Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalist Afət Telmanqızı deputatlığa namizədliyini irəli sürüb

Sonrakı məqalə

MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı