Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Azərbaycan Birinci Vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti və İcra Komitəsinin sədri seçilib. 

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 11-ci Ümumi Yığıncaq və İcra Komitəsinin 37-ci iclası çərçivəsində baş tutan səsvermənin yekununa əsasən Mehriban Əliyeva növbəti 5 ildə federasiyaya rəhbərlik edəcək.

Qeyd edək ki, Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının cənazəsi Qabon dövlətinə gətirilib

Sonrakı məqalə

Azərbaycan XİN Rusiyalı deputata xəbərdarlıq etdi: