Xalq artisti Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Xəbər verdiyimiz kimi, tanınmış teatr və kino xadimi, Xalq artisti Mehriban Zəki martın 22-də avtomobil qəzası nəticəsində xəsarət alıb. Hadisədən dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən aktrisanın vəziyyəti nəzarətə götürülüb. Xalq artistinin xəstəxanaya yerləşdirilməsi, daha sonra başqa müalicə müəssisəsinə köçürülməsi diqqətdə saxlanılır. Mehriban Zəkiyə Allahdan şəfa diləyirik”, – məlumatda vurğulanıb.