Avropa Kosmik Agentliyi xəbər yayıb ki, kosmosda olan “BepiColombo” zondunun Merkuri planetinə istiqamətləndirilməsi mühərrikdə baş verən nasazlıqlara görə təxirə salınıb.
Azpost.info bildirir ki, elə bu səbəbdən də cihaz kursunu dəyişib və indi planetə vaxtında, 2025-ci ilin dekabrında çata bilməyəcək.
Agentliyin açıqlamasında qeyd edilir ki, lakin buna baxmayaraq mühəndislər çıxış yolu tapmağa çalışıblar.
“BepiColombo” 2018-ci ildən istifadəyə verilib. Ancaq 2024-cü ilin yazında, cari sızma səbəbindən, zondun mühərrikləri növbəti dekabrda Merkuri orbitinə daxil olmaq üçün lazım olan tam güclə işləyə bilməyib. Öncə bu problemi həll etmək cəhdləri uğursuz olduğuna görə də uçuş proqramını dəyişmək zərurəti yaranıb və mütəxəssislər yenidən zondun mühərriki üzərində işləməli olublar.
Nəticə uğurlu olub. Belə ki, mühəndislər “BepiColombo” üçün yeni uçuş marşrutu işləyib hazırlayıblar ki, bu da mühərrikin itkisinin azalmasını kompensasiya etmək üçün düşünülüb. Ancaq bu manevrə görə zondun orbitə çıxmasında da ləngimələr olub.
Merkuri planetinə uçuşu nəzərdə tutulan “BepiColombo” zondu kosmosdakı fateh missiyasını 2026-cı ilin noyabrına qədər təxirə salmalı olub.
Oqtay Qorçu