Messi 2022-ci ilin futbolçusu seçilib

Beynəlxalq Futbol Federasiyası (FİFA) Fransanın “Paris Sen-Jermen” klubunun argentinalı hücumçusu Lionel Messini 2022-ci ilin ən yaxşı futbolçusu elan edib.

Parisdə keçirilən mərasimdə ilk üçlüyə Messinin PSJ-dən komanda yoldaşı fransalı Kilian Mbappe və İspaniya “Real”ının fransız hücumçusu Kərim Benzema da daxil olub.

Qeyd edək ki, Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin tibbi personalı zəlzələ bölgəsindən qayıdır

Sonrakı məqalə

Brüssel Rusiyanın 58 milyard avro pulunu dondurub