Lioenel Messi “Barselona”ya qayıtmaq üçün iki şərt irəli sürüb.
Azpost.info “As” nəşrinə istinadən bildirir ki, bu şərtlər nömrə və müqaviləyə aiddir.
Messi ona La Liqa ilə bağlanmış müqaviləni göndərəcəkləri və “10 nömrə” köynəkdə oynayacağına dair təminat veriləcəyi təqdirdə “Barsa”ya qayıdacağını deyib.
“Barselona” üçün bu şərtləri yerinə yetirmək asan olmayacaq. La Liqada oynamaq üçün klub əmək haqqı fondunu 205 milyon avro ixtisar etməlidir. Klibda ” 10 nömrə” ilə oynayan Ansu Fati isə ona verilmiş nömrədən imtina etməyə razı deyil. Bu nömrə Messi klubdan getikdən sonra ona verilib.
Azpost.info