Portuqaliyalı hücumçu Kriştiano Ronaldo argentinalı hücumçu Lionel Messi ilə rəqabət hekayəsinin bitdiyini bildirib.
Azpost.info bildirir ki, bu fikirləri portuqaliyalı futbolçu “Record” qəzetinə bildirib.
“Mən daha belə bir şey görmürəm, rəqabət bitdi. Bu, xoş rəqabət idi” -deyə Ronaldo vurğulayıb.
“Kriştianonu sevən mütləq Messiyə və ya əksinə nifrət etməli deyil. Bu iki nəfər çox yaxşı futbolçudur. Onlar futbol tarixini dəyişdirmiş və dəyişməkdə davam edir. Bizə bütün dünyada hörmət edirlər. Ən vacibi də budur”-deyə Ronaldo vurğulayıb.
“Avropadan kənarda oynamağımızdan asılı olmayaraq, Messinin öz yolu mənim də öz yolum var. Müşahidəmə görə, onun işləri yaxşı gedir, mənim də işlərim yaxşıdır. İrs davam edir. 15 il futbol səhnəsini paylaşdıq. Dost olduğumuzu deməzdim, amma peşəyə görə həmkarıq və bir-birimizə hörmət edirik”, – deyə futbolçu əlavə edib.
38 yaşlı Ronaldo beşqat “Qızıl top”un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçib.
Azpost.info