Messi ilin idmançısı seçilib

Lionel Messi növbəti mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin və PSJ-nin futbolçusu ilin idmançısı seçilib.

35 yaşlı hücumçu “BBC Sports”un təsis etdiyi “BBC Sports Personality’s World Sport Star” mükafatına yiyələnib. Bu mükafat il ərzində ən əlamətdar nailiyyətə imza atan idmançıya verilir.

Ötən il bu mükafatı Reyçel Blekmor qazanıb. O, “Grand National”ın 182 illik tarixində yarışın qalibi olan ilk qadın jokey olub.

Qeyd edək ki, Messi Argentina millisi ilə DÇ-2022-nin çempionu və turnirin ən yaxşı futbolçusu adını qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.