Fransanın PSJ futbol klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına gedib.
Hücumçunun səfəri ölkənin turizm səfiri olması ilə bağlıdır.
Lakin bir neçə gün əvvəl bəzi yerli mənbələrdə L. Messinin PSJ-dən “Barselona”ya qayıtması iddia olunurdu.
Qeyd edək ki, futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.