Meta şirkəti feyk xəbərləri aşkar edən proqramın fəaliyyətini dayandırır

Meta şirkəti yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini avqustun 14-dən etibarən dayandıracaq.

“Figaro” qəzetinin məlumatına görə, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, dezinformasiyanı, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.

Şirkət yeni proqram tətbiq edəcəyini bildirsə də, onun işə salınacağı vaxtı və funksionallığı barədə məlumat verməyib.

Əvvəlki məqalə

Astarada dəhşətli qəza –

Sonrakı məqalə

BMT İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək