Metroda qatar gözləyən 68 yaşlı kişi öldü

Bakı Metropolitenində ölüm hadisəsi qeydə alınıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Təxminən səhər saat 06:30-da Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov metronun “Əhmədli” stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Onun ürək tutmasından dünyasını dəyişdiyi qeyd olunur.

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb.

Əvvəlki məqalə

“Putinlə mübahisə elədim…” –

Sonrakı məqalə

Neft yenidən bahalaşıb