“Yoluxma səviyyəsi yüksək olduğu üçün Bakı, Sumqayıt və Abşeronda xüsusi karantin rejimi saxlanılır” –Prezidentin köməkçisi

“Yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

H. Hacıyev deyib ki, 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək: “Tədris müəssisələrinin mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlayacağı nəzərə alınaraq, fərdi tədris və repititor xidmətlərinə icazə verilir ”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Metronun açılması ilə bağlı məsələyə sentyabrın 15-nə qədər yenidən baxılacaq

Sonrakı məqalə

“Karantinə görə atamı axırıncı dəfə mart ayında görmüşəm” –