MHP sədri Dövlet Bahçelinin 23 il əvvəl Bakıya səfəri –Kimlərlə görüşüb?- NADİR GÖRÜNTÜLƏR

Türkiyənin Milliyetçi Herekat Partiyasının lideri Devlet Bahçelinin illər əvvəl Azərbaycana səfəri zamanı çəkilmiş görüntülər yayımlanıb. 

AzPost bildirir ki, 23 il əvvəl -2002-ci ilin mayın 6-8-də baş tutmuş səfər zamanı MHP sədrini Azərbaycan prezidenti Heydər Əliyev qəbul edib. D.Bahçeli o zaman Türkiyə Baş nazirinin müavini vəzifəsini tuturdu.

Bahçeli səfər zamanı Milli Məclisin sədri Murtuz Ələsgərovla, Parlamentin deputatları ilə görüşüb. MHP sədri həmçinin Azərbaycanın müxalifət partiyasının sədrləri ilə də ayrıca görüşlər keçirib.

Ona BDU-da fəxri professor diplomu təqdim edilib. Bahçeli həmçinin Şəhidlər Xiyabanını, sabiq prezzident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. Qarabağdan olan məcburi köçkünlərlə görüşüb.

AzPost videonu təqdim edir.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.