MİDA jurnalistlər üçün güzəştli mənzil Şərtlərini açıqladı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

Azpost.info bildirir ki, bu barədə MİDA-nın rəsmi saytında məlumat verilib.

Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

YAŞI 35-DƏN ÇOX OLMAYAN  GƏNC AİLƏ  ÜZVLƏRİ

Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər”

Tələb olunan sənədlər

– Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsinin surəti;

– Əmək kitabçasının təsdiq olunmuş surəti (hər səhifədə “əsli ilə düzdür” yazılmaqla imzalı və möhürlü);

– Müraciətedənin şəxsiyyət vəsiqəsi;

– Müraciətedənin əri/arvadının şəxsiyyət vəsiqəsi;

– Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin valideynin himayəsində olmasını təsdiq edən rəsmi sənədin (mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi; məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş rəsmi sənəd) notarial qaydada təsdiq olunmuş surəti;

– Müraciətedən evli olmadıqda – himayəsində olan uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

– Müraciətedənin ər/arvadı xarici vətəndaş olduqda – ər/arvadın xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Doğum haqqında şəhadətnamə xarici ölkədə verilibsə, sənəd doğum haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti ilə birlikdə yüklənməlidir.

DİQQƏT: SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

 

YAŞINDAN VƏ AİLƏ VƏZİYYƏTİNDƏN ASILI OLMAYARAQ DİGƏR ŞƏXSLƏR

Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər”

 

Tələb olunan sənədlər

– Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsinin surəti;

– Əmək kitabçasının təsdiq olunmuş surəti (hər səhifədə “əsli ilə düzdür” yazılmaqla imzalı və möhürlü);

– Müraciətedənin şəxsiyyət vəsiqəsi;

– Müraciətedən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

– Müraciətedən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Müraciətedən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayışın notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

– Müraciətedənin əri/arvadı xarici vətəndaş olduqda – ərinin/arvadının xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT: SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1 saylı “ASAN Kommunal” mərkəzi, 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Əvvəlki məqalə

Spiker ölkədən qaçan rusları geri qayıtmağa çağırıb –

Sonrakı məqalə

AŞPA-nın yay sessiyası başlanıb, deputat qrupumuz Strasburqa gedib –