Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri oldu, tərkib təsdiqləndi –SƏRƏNCAM (SİYAHI)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR-a nəzarət üçün Müşahidə Şurası yaradıldı –

Sonrakı məqalə

SOCAR-ın fəaliyyətinin nəticələrinin diaqnostikası aparılacaq