Milli Məclisin sabiq vitse-spikerinin nəvəsi REAL-ın deputatlığa namizədi oldu –FOTO

REAL Cümhuriyyətçilər İttifaqı Cavid Musayevin 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Azpost.info bildirir ki, bu barədə REAL-ın sədri İlqar Məmmədov məlumat verib. 1991-ci ildə Gəncə şəhərində doğulan Cavid Musayev 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Özəl şirkətdə hüquqşünas işləyir.

C.Musayev birinci və ikinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olmuş  Zakir Zeynalovun nəvəsidir. Parlamentin fəal deputatlarından olmuş mərhum Z.Zeynalov 1995-2000-ci illərdə Milli Məclisdə Tovuz şəhər dairəsini təmsil edib.

Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri  Zakir Zeynalov  Milli Məclisin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

1993-1995-ci illərdə isə Gəncə şəhərində prokuror işləmiş  Zakir Zeynalov 1995-ci ildə Respublika prokurorluğu Daxili İşlər Orqanlarında Qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb. 6 dekabr 2000-ci ildə dünyasını dəyişib.

Z.Zeynalovun böyük oğlu Adil Zeynalov Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi,  kiçik oğlu Nazim Zeynalov isə Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsində çalışır.

Zakir Zeynalovun nəvəsi 2018-ci ildən REAL –ın üzvüdür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz kiminsə xoşuna gəlmək üçün saziş imzalaya bilmərik” –

Sonrakı məqalə

Mikayıl Cabbarovun birinci müavini olacaq