Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
İclasın gündəliyə 24 məsələ daxil edilib.
“Bugünkü iclasımız çox əlamətdar gündə keçirilir”deyə parlamentin sədri Sahibə Qafarova deyib. Sədr Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib: “Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada tanınır. Prezidentin həyata keçirdiyi siyasət ölkəmizi dünyada etimadlı tərəfdaş kimi tanıdıb”.
Sədr bu günün əlamətdar gün olduğunu xatırladaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlarla bağlı məlumat verib.
S. Qafarova bildirib ki, ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır: “Prezident İlham Əliyev həm də ulu öndər Heydər Əliyevin vəziyyətini yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad edilməsindən həmən sonra orada bərpa və quruculuq işlərinə start verilib. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycan iqtisadiyyatının inkişafına da böyük təkan verəcək. Zəngəzur dəhlizi layihəsi nəinki region, Avropa ölkələri üçün də geniş imkan açacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yerinə yetirməyə daim hazırdır”.
Spiker ölkənin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi rolu olduğunu vurğulayıb.
S. Qafarova bildirib ki, Prezident İlham Əliyevi təbrik etmək üçün Milli Məclis deputatları adından təbrik məktubu hazırlanıb. (APA)