Milli Qəhrəmanın veteran qardaşı şəhidlik vəsiqəsini ala bilmir –-FOTO

Birinci Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Akif Hüseynov şəhid ailəsi olduğunu təsdiq edən yeni vəsiqəni ala bilmir. 
Azpost.info bildirir ki, veteran bu barədə müraciətində bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonlarında köhnə nümunəli şəhidlik vəsiqəsini dəyişmək üçün zəruri sənədləri toplayıb Sosial Xidmətlər Agentliyinin Bakıxanov qəsəbəsində yerləşən filialına təqdim etsə  bu günə qədər yeni vəsiqəsini hazırlayıb vermirlər.
“Gələn ay, o biri ay hazır olar”  bəhanəsi ilə məni 7 aydan artıqdır ki , get gələ salıblar. Agentliyin Vahab adlı əməkdaşı isə laqeydliklə ” istədiyiniz yerə şikayət edə bilərsiniz ” deyərək söhbəti bağlayır. Şəhid adına olan laqeydiyə, şəhid ailəsinə olan hörmətsizliyə nə ad verəsən? Canını Vətən yolunda qurban verənlərin övladlarının çətinliklə iş tapdığı halda Vahab kimiləri vəzifəyə təyin edib bəsləyən məmurlara nə ad verək?”- deyə A.Hüseynov narazalığını bildirib.
Akif Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qardaşıdır. Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri olub. Polkovnik Akif Hüseynov isə Siyəzən rayon Polis Şöbəsinin rəisi olub. 1987-1094-cü illərdə Ağdamda baş sahə inspektoru vəzifəsində xidmət edib.
Xocalının müdafiəsinin təşkilində iştirak edib.
Onların ailəsi Xocalı soyqırımında məhv edilən səkkiz ailədən biridir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.