Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə mitinq təyin edib.
Bu barədə AXCP sədri Əli Kərimli bildirib.
Onun sözlərinə görə, Milli Şura sentyabrın 13-də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib
“Mitinq normal seçkilırin keçiriləməsi üçün seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək”,- deyə Əli Kərimli qeyd edib.
Milli Şura mitinqin keçirilməsi üçün 3 yer təklif edib: 28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.