Milli Şura yenidən etiraz aksiyası barədə qərar qəbul edib. Azpost.info bildirir ki, bu barədə AXCP sədri Əli Kərimli “Osmanqızı TV”-yə müsahibəsində bildirib.  Növbəti etiraz aksiyası noyabrın 2-də, saat 15.00-a təyin olunub. Milli Şura aksiyada “Qarabağ”, “seçki islahatları” və digər sosial şüarlar səsləndirməyi planlaşdırır. Xatırladaq ki, Bakı polisi  Milli Şuranın oktyabrın 19-da keçirdiyi etiraz aksiyasının keçirilməsinə imkan verməyib.