Milli Şura yenidən etiraz aksiyası barədə qərar qəbul edib.
Azpost.info bildirir ki, bu barədə AXCP sədri Əli Kərimli “Osmanqızı TV”-yə müsahibəsində bildirib. Növbəti etiraz aksiyası noyabrın 2-də, saat 15.00-a təyin olunub. Milli Şura aksiyada “Qarabağ”, “seçki islahatları” və digər sosial şüarlar səsləndirməyi planlaşdırır.
Xatırladaq ki, Bakı polisi Milli Şuranın oktyabrın 19-da keçirdiyi etiraz aksiyasının keçirilməsinə imkan verməyib.