Milyarder Kərimovun yaxtası ilə bağlı məhkəməyə müraciət olundu

Ficinin Baş prokuroru Kristofer Prayd rusiyalı milyarder Süleyman Kərimova məxsus “Amadea” yaxtası ilə bağlı ölkənin Ali Məhkəməsinə müraciət edib.

Azpost.info xəbər verir ki, bu barədə yerli FBC telekanalı məlumat yayıb.

Baş prokuror yaxtanın Fici sularını tərk etməsinə qadağa qoymağı, həmçinin onun müsadirə edilməsi ilə bağlı ABŞ-ın müraciətini qeydə almağı xahiş edib. Məhkəmə hələlik bu vəsatətlə bağlı dinləmənin vaxtı təyin etməyib. “Amadea” aprelin 13-də Meksika limanında 18 günlük səyahətdən sonra Lautoka limanında dayanıb.

Bundan sonra o, polis tərəfindən saxlanılıb. Telekanalın məlumatına görə, Ficinin iqtisadi zonasına icazəsiz daxil olan yaxta Kayman adalarının bayrağı altında üzür. Ekipaj yaxtada qalır və araşdırma tamamlanana qədər sahilə çıxmasına icazə verilmir. Almaniyanın “Lürssen” gəmiqayırma şirkəti bildirib ki, “Amadea” yaxtası 2017-ci ildə Hamburqdakı gəmiqayırma zavodunda inşa edilib.

Onun uzunluğu 106 metrdir, göyərtəsində səkkiz kabin var. Yaxtanın dəyəri 325 milyon dollardır.

Azpost.info

Əvvəlki məqalə

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

Ukraynada taxıl sahələrinin 30 faizi yararsız vəziyyətə düşüb –