Kolumbiyanın “əfsanəvi” narkobaronlarından biri, adı “Forbes”in milyarderlər siyahısında keçən Fabio Oçoa 25 illik həbsdən sonra azadlığa çıxıb.
Azpost.info bildirir ki, bu barədə Associated Press xəbər verir.
Bədnam Medellin kokain kartelinin əsas rəhbərlərindən olan Oçoa ABŞ-dakı federal həbsxanadan azad edilib, onun vətəninə deportasiya olunacağı gözlənilir.
ABŞ Həbsxanalar Bürosunun məlumatına görə, Fabio Oçoa Vasquez 30 illik həbs cəzasının 25 ilini çəkdikdən sonra çərşənbə axşamı azad edilib.
67 yaşlı Oçoa və onun böyük qardaşları 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində ABŞ- a kokain daşıma nəticəsində böyük sərvət toplayıblar. 1987-ci ildə onların adı Forbes jurnalının milyarderlər siyahısına salınıb.
Mayamidə yaşayarkən Oçoa bir vaxtlar Pablo Eskobarın rəhbərlik etdiyi kokain kartelinin paylama mərkəzini idarə edib.
ABŞ-da Oçoaya qarşı ilk dəfə 1986-cı ildə ittiham irəli sürülüb. Onu narkotiklərlə mübarizə İdarəsinin informatoru Barri Silanı öldürməkdə şübhəli sayıblar. Bu qətl əsasında Tom Kruzun baş rolda oynadığı film 2017-ci ildə böyük ekrana çıxıb.
Oçoa 1990-cı ildə Kolumbiyada həbs olunub. Lakin ABŞ-a ekstrdisya edilməyib. Həmin vaxt o, ABŞ-ın kolumbiyalı narkobaronların “Ən çox axtarılan ” siyahısında idi.
Oçoa 2001-ci ildə yenidən həbs olunur və 40-dan çox adamın adının çəkilən Mayami ittihamı ilə əlaqədar olaraq ABŞ-a ekstradisiya olunur. Onlardan yalnız Oçoa məhkəmə qarşısına çıxarılır və 30 il həbs cəzasına məhkum olunur.
Qalan müttəhimlər daha yüngül həbs cəzası alır. Çünki onların əksəriyyəti hökumətlə əməkdaşlıq edir.
Oçoanı mühakimə edən prokurorluq qrupunun üzvü olmuş, indi təqaüddə olan ABŞ prokurorunun köməkçisi Riçard Qreqori deyib ki, Oçoa ailəsinin bütün qanunsuz narkotik qazancını müsadirə edə bilməyiblər.
Azpost.info