Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşları Asim Knyaz oğlu Camalzadə və Ramil Arif oğlu Şirinov Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimlərində Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhid polislərin nəşi torpağa tapşırılıb.
Ramil Şirinovun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı dayısına, Asim Camalzadənin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı isə atasına təqdim olunub.