Mini futbol üzrə milli komandamız finala çıxdı –Avropa çempionatı

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib.

Yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.

Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan – Rumıniya matçında bəlli olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.