Minimum əmək haqqı nə zaman artırılacaq?

Pensiya
Pensiya
“Son dövrlər ünvanlanan suallar içərsində minimum əmək haqqının nə zaman artırılacağı ilə bağlı sorğular üstünlük təşkil edir. Qeyd edək ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir”.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun szlərinə görə, eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir.
Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər.
Artımın nə zaman baş verəcəyinə gəldikdə isə, Məcəlləyə olan dəyişikliklər cənab Prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib. Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əmək haqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.