“Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin baş verməsi, ağır insani tələfat, insanların əziyyət çəkməsi, münaqişələrin həll edilmədiyi zaman meydana çıxan riskləri açıq şəkildə ortaya qoydu”.
Azpost.info APA-ya istinadən bildirir ki, bunu ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri, xanım Ann Linde ölkəsinin təşkilata sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib.
ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib ki, münaqişə hələ tamamilə aradan qalxmayıb və belə olan halda ATƏT münaqişənin həllinə töhfə verə bilər: “Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik”.
Onun sözlərinə görə, münaqişələrin həlli ATƏT-ə sədrlik edəcək İsveç üçün güclü prioritetdir.