“Minsk Qrupunun işi dondurulub”- ATƏT sədri

“ATƏT-in Minsk Qrupunun işi hazırda dondurulub, lakin bu format hələ də lazım ola bilər”.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Osmani əlavə edib ki, təşkilat bəzi tərəflərin öz işi ilə bağlı fərqli mövqelərindən, həmçinin dəyişmiş geosiyasi şərait, həmsədrlər arasında münasibətlərin dinamikası və birgə fəaliyyətin olmamasından xəbərdardır.

“Minsk Qrupunun işi hazırda dondurulub. ATƏT təkcə Minsk Qrupu deyil, təşkilatın ermənilər və azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə bilən bir çox başqa alətləri və mexanizmləri var”.

ATƏT sədri əlavə edib ki, o, regiona məhz bu prosesi asanlaşdırmaq, sabit nizamlanmaya nail olmaq üçün gəlib.

Əvvəlki məqalə

Yaz günəşi niyə təhlükəlidir?

Sonrakı məqalə

İTV Yayım Şurasına yeni namizədlər irəli sürülüb