Minskdə Putinlə Lukaşenko arasında görüş başlayıb

Minskdə Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilir.

Azpost.info xəbər verir ki, danışıqlar “Müstəqillik” sarayında aparılır.

Görüşdən sonra geniş tərkibdə danışıqlar aparılacaq.

Putin Belarusa rəsmi səfərlə mayın 23-də axşam saatlarında gəlib. Rusiya prezidentinin təyyarəsi Minsk hava limanına enib. Rusiya prezidentini hava limanında Belarus Prezidenti qarşılayıb, sonra ünsiyyət qeyri-rəsmi şəraitdə davam edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.