Misirdə hökumət istefaya gedib

Misir hökuməti istefaya gedib.

Azpost.info xəbər verir ki, prezident Əbdülfəttah əs-Sisi Baş nazir Mustafa Madbuliyə yeni kabinetin formalaşdırılması ilə bağlı göstəriş verib.

“Bu gün Əbdülfəttah əs-Sisi hökumətin istefasını prezidentə təqdim edən Madbulini qəbul edib. Prezident Madbulinə səriştə və təcrübəyə malik olan insanlardan ibarət yeni hökumət yaratmağı tapşırıb. Məqsədlər arasında regional və beynəlxalq çağırışlar nəzərə alınmaqla ölkənin milli təhlükəsizliyi, Misir vətəndaşları üçün vacib olan sahələrin prioritetləri, xüsusilə səhiyyə və təhsil, terrorizmlə mübarizə və s. var”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Çerçesov Qazaxıstan milli yığmasının baş məşqçisi təyin olunub

Sonrakı məqalə

Mərkəzi Bank valyuta ehtiyatlarının həcmini açıqladı