Misirdə Sfinksi naməlum sivilizasiyanın nümayəndələri tikib

Misirdəki Böyük Sfinksin güman ediləndən xeyli əvvəl tikildiyini göstərən bir neçə amil var.

Azpost.info bildirir ki, bu barədə  Həndəsə və Fizika üzrə Hiperkompleks Sistemlər İnstitutunun direktoru Dmitri Pavlov News.ru-ya bildirib.

Onun sözlərinə görə, bu məlumatlar heykəlin fironlar tərəfindən deyil, yüksək inkişaf etmiş sivilizasiyanın nümayəndələri tərəfindən tikildiyini göstərir.

“Misirlilərin özlərinə Sfinksi necə adlandırdıqları, onun nəyi simvolizə etdiyi və hətta nə vaxt tikildiyi hələ də məlum deyil. Rəsmi məlumatlara görə, o, təxminən 4,5 min il əvvəl Giza yaylasının qalan piramidaları ilə birlikdə inşa edilib. Ancaq bunun əksini göstərən bir neçə amil var. Geoloqların fikrincə, Sfinksin ətrafındakı divarların aşınması onun yağışlı mövsümdə tikildiyini deməyə əsas verir. Təxminən altı-səkkiz min il əvvəl olub. Bu onu göstərir ki, piramidaları fironlar deyil, daha inkişaf etmiş sivilizasiyanın nümayəndələri tikiblər”, – Pavlov bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Daily Mail qəzeti Misirdə Böyük Sfinksin peyda olmasının yeni versiyası haqqında material dərc etmişdi. Məqalədə deyilir ki, qədim abidə misirlilərin əli ilə deyil, qaya üzərində küləyin təsiri ilə “yaradılıb”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.