MKİ 70 ildən sonra İranda çevriliş təşkil etdiyini etiraf edib –"Ayaks" əməliyyatı

August 19, 1953: Massive protests broke out across Iran, leaving almost 300 dead in firefights in the streets of Tehran. Iranian Prime Minister Mohammad Mossadegh was soon overthrown in a coup orchestrated by the CIA and British intelligence. The Shah was reinstalled as Iran’s leader.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi  70 ildən sonra İranda dəstək verdiyi 1953-cü il çevrilişinin qeyri-demokratik olduğunu açıq şəkildə etiraf edib.

Azpost.info bildirir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin “The Langley Files” adlı podkastında MKİ-nin ən məşhur əməliyyatı sayılan, 1979-cu ildə ABŞ-ın İrandakı səfirliyinin ələ keçirilməsindən sonra altı amerikalı diplomatın qaçırılmasından söhbət açılıb.

Amerikalı diplomatların məxfi qaçışı ilə bağlı yeni təfərrüatları açıqlayan MKİ ilk dəfə 1953-cü il çevrilişini rəsmi olaraq qeyri-demokratik kimi xarakterizə edib.

Bu podkastda qısa bir söhbət 1953-cü il çevrilişinə həsr olunub.

Burada MKİ sözçüsü və podkast aparıcısı Valter Trosin MKİ-nin tarixini araşdıran tarixçilərin belə bir tezisini sitat gətiib ki, MKİ gizli fəaliyyətinin böyük hissəsində xalq tərəfindən seçilmiş hökumətləri dəstəkləyib. Daha sonra Trosin İrandakı 1953-cü il çevrilişi haqqında deyir: “Lakin biz etiraf etməliyik ki, bu, qeyd edilən hadisə üçün əhəmiyyətli bir istisnadır”.

İranda 1953-cü ildə baş vermiş çevriliş nəticəsində demokratik yolla seçilmiş Milli Cəbhə hökuməti və baş nazir Müsəddiq devrilib. ABŞ həmin çevrilişi təşki etməklə Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətini möhkəmləndirib.

Çevriliş Böyük Britaniya və ABŞ kəşfiyyat agentlikləri tərəfindən təşkil edilib. Mərkəzi Kəşfiyyat İdarəsi əməliyyatı “Ayaks” adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ həmişə İsraili dəstəkləyəcək və müdafiə edəcək”

Sonrakı məqalə

Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib