Ötən ay Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 316,1 milyon manat gəlir əldə edib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 10% çoxdur.
Dövr ərzində bu xidmətlərin 67,4%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 35,9%-i və ya 113,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.