Moskvada Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri ilk dəfə görüşüb

 

Moskvada Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında ilk görüş keçirilib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub: “Dekabrın 23 və 24-də Moskvada 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir