Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Azpost.info xəbər verir ki, prezident İlham Əliyev MDB sammitində iştirak etmək üçün oktyabrın 7-də Moskvaya səfərə yollanıb.
Bu gün Azərbaycan prezidenti Putinlə danışıqlar aparmaq üçün Kremlə gedib. Görüşün əsas mövzusunun Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsi olacağı gözlənilir.
Azpost.info