Moskvaya gələn Hindistan Baş naziri Putinlə nələri müzakirə edəcək?

Moskvada səfərdə olan Hindistan Baş naziri Narendra Modinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyadan ölkəsinə neft tədarükünə dair uzunmüddətli sazişin bağlanmasını müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Economic Times” yazıb.

Tərəflər Rusiyanın bu ölkəyə enerji ixracının artımını nəzərə alaraq, Rusiya neftinin Hindistana aşağı qiymətlərlə stabil tədarükünü təmin edəcək sazişin zəruriliyini müzakirə edirlər.

Modi 22-ci Hindistan-Rusiya sammitində iştirak etmək üçün iyulun 8-də Moskvaya gəlib. Yola düşməzdən əvvəl Modi Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşündən məmnunluğunu ifadə edib və onu dostu adlandırıb.

İyulun 8-i axşam Rusiya və Hindistan liderləri Novo-Oqarevoda qeyri-rəsmi şəraitdə görüşüblər. İyulun 9-da iki ölkənin nümayəndə heyətləri arasında rəsmi danışıqların keçirilməsi nəzərdə tutulub və bu danışıqlarda enerji, ticarət, istehsal və gübrələrin tədarükü kimi sahələrdə əməkdaşlıq kimi iqtisadi məsələlər diqqət mərkəzində olacaq.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə yaşa görə pensiya alanların sayı açıqlanıb

Sonrakı məqalə

Ukrayna Rusiyanın neft bazasına dronlarla zərbə endirib, yanğın başlayıb