Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Əfqanıstanda qəzaya düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydə alınıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Ehtimal edilir ki, təyyarədə 6 nəfər olub: 4 ekipaj üzvü və 2 sərnişin.

Rosaviasiya xəbər verir ki, təyyarə Qaya (Hindistan) – Daşkənd – Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.