Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Əfqanıstanda qəzaya düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydə alınıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Ehtimal edilir ki, təyyarədə 6 nəfər olub: 4 ekipaj üzvü və 2 sərnişin.

Rosaviasiya xəbər verir ki, təyyarə Qaya (Hindistan) – Daşkənd – Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Əvvəlki məqalə

İsrail hərbçiləri girovların saxlandığı HƏMAS tunelini tapıb

Sonrakı məqalə

Nazirlik teatr repertuarlarını qiymətləndirmək üçün ekspert şurası yaradıb