“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.
Azpost.info bildirir ki, bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.
1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşov “ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ” adlı tikinti şirkətinin sahibidir.