“Mövcud konstitusiya ciddi gərginlik yaradır, yenisinə ehtiyac var”- PAŞİNYAN

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.

Onun sözlərinə görə, konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir. O, konstitusiyadakı “suveren” sözünün Ermənistan xalqının təkcə de-yure deyil, həm də 2018-ci il inqilabından sonra de-fakto suveren olmasına əsaslandığını vurğulayıb.

“Mövcud konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki konstitusiyada onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarla deyil, həm də onun qəbul edilməsindədir. Paşinyanın sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır.

“Bizə xalqla – onun yaradıcısı ilə üzvi şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”, – Paşinyan deyib.

O, həmçinin qeyd edib ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Baş nazir beynəlxalq səviyyədə tanınmış ərazidə azadlığı, firavanlığı, xoşbəxtliyi və təhlükəsizliyi təmin etmək üçün erməni xalqının maraqlarını diqqət mərkəzində saxlamağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Putinlə Ərdoğan nə vaxt görüşəcək?

Sonrakı məqalə

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub