MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

Dekabrın 20-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Müşavirədə MSK sədri Məzahir Pənahov, Komissiya üzvləri və dairə seçki komissiyalarının sədrləri iştirak edirlər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin, ədliyyə nazirinin müavini Toğrul Musayevin, daxili işlər nazirinin müavini İsmət Əliyevin və Baş Prokurorun birinci müavini Elçin Məmmədovun çıxışları gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.