Mərkəzi Seçki Komissiyası ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı məlumat təqdim etmiş KİV-lərin siyahısını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə MSK-nın rəsmi saytında məlumat yayımlanıb.
Komissiyanın siyahısına uyğun olaraq, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata 30 elektron informasiya saytı qoşulub. Həmçinin 9 qəzet də təşviqat kampaniyasına qoşulur.
Məlum olduğu ki, televiziya kanallarından yalnız İctimai Televiziya seçkiqabağı təşviqat kampaniyasına dəstək verəcək.
Xatırladaq ki, Seçki Məcəlləsinə uyğun olaraq, təbliğat-təşviqat kampaniyası seçki gününə 23 gün qalmış başlanır, səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.