Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri onlayn təşkil olunacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri sentyabrın 4-5-də “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaq.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Əvvəlki məqalə

İtkin düşən alimlər tapılaraq İsmayıllıya gətirilib

Sonrakı məqalə

Qırğızıstan hökuməti “TikTok”a blok qoyub