Yaşar İsakov Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən gedib.
Azpost.info bildirir ki, bu barədə Y.İsakov məlumat verib. O deyib ki, işdən öz xahişi ilə ayrılıb.
“Altı ilə yaxın bir müddətdə məni bu vəzifəyə layiq gördükləri üçün general-polkovnik Mədət Quliyevə və müdafiə sənayesi naziri Vüqar Mustafayevə dərin təşəkkürümü bildirirəm.
MSN-in əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu böyük vəzifələrin icrası istiqamətindəki şərəfli fəaliyyətlərində daimi uğurlar arzulayıram!”