“Müharibə qaçılmazdır”- Çin Tayvanı hədələdi

Tayvanın yeni rəhbərliyi adanı Çinlə müharibəyə doğru aparır.

Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü U Tsian deyib.

Beləliklə, o, davam edən təlimləri, eləcə də Pekini ada dövlətinin müstəqilliyini tanımağa və təhdid siyasətini dayandırmağa çağıran Tayvan prezidentinin bəyanatını şərh edib.

Nazirin sözlərinə görə, Tayvan rəhbərliyi “vahid Çin” prinsipinə meydan oxuyub və hazırda xarici dövlətlərin dəstəyinə arxalanaraq və öz həmvətənlərini təhlükəli müharibə vəziyyətinə sövq edərək, güc yolu ilə müstəqilliyə nail olmağa çalışır.

“Bu, əsl odla oyundur və bunu edənlər özləri də yanacaqlar”, – Tsian bildirib.

Azpost.info

Əvvəlki məqalə

Haaqa Məhkəməsi İsraildən dərhal Rəfahda hərbi əməliyyatları dayandırmasını tələb edir

Sonrakı məqalə

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub