Hakimiyyət orqanlarının internetə girişə məcburi qadağaları iki illik müharibədə Rusiyaya 25,6 milyard dollara başa gəlib.
Azpost.info xəbər verir ki, bu, hazırkı məzənnə ilə 2,25 trilyon rubl deməkdir ki, bu da Voronej və ya Volqoqrad vilayətləri kimi böyük regionların 10 illik büdcəsi ilə müqayisə oluna bilər.
Hökumətin vətəndaşları senzurasız məlumatlardan məhrum etmək istəyi Rusiyanı internetə çıxışın məhdudlaşdırılması səbəbindən dəymiş itkilərə görə şəksiz dünya lideri edib. 2022-ci ildə ana şirkət “Meta”nın, eləcə də “Tviter”in (indiki X) ekstremist təşkilat kimi tanınması nəticəsində rusların “Facebook” və “Instagram” sosial şəbəkələrinə girişi qadağan edildikdə, itkilər qlobal rəqəmlə 21,59 milyard dollar olub.
Azpost.info