“Müharibənin bütün regiona yayılmasının qarşısını almalıyıq”- Misir lideri

Misir prezidenti Əbdülfəttah əs-Sisi Britaniya Baş naziri Rişi Sunakla görüşündə müharibənin bütün regiona yayılmasının qarşısını almaq üçün hərəkətlərin əlaqələndirilməsinin vacibliyini bəyan edib.

Azpost.info xəbər verir ki, əs-Sisi bildirib ki, regional səviyyədə müharibənin qarşısını almaq üçün koordinasiya və əməkdaşlıq lazımdır.

“Biz hamımız regionda nəzarətdən çıxa biləcək hadisələrin qarşısını almaq üçün tədbirlər görməliyik. Hər cür səy göstərilməlidir ki, hərbi əməliyyatlar daha çox mülki vətəndaşın ölümünə səbəb olmasın”, – Misir lideri deyib.

Britaniya Baş naziri öz növbəsində Misir prezidentinin Fələstin probleminin həlli və Qəzzada humanitar yardımın çatdırılması istiqamətində səylərini yüksək qiymətləndirib: “Misir bu mövzuda göstərdiyi gərgin səylərə görə təşəkkürə layiqdir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.