“Müharibə mənim dövrümdə olsaydı, Moskvanı bombalayardım”- TRAMP

“Prezidentliyim dövründə Ukrayna və ya Tayvanda münaqişələr başlasaydı, Moskva və Pekini bombalayardım”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində baş tutan tədbirdə deyib.

Bu barədə “The Washington Post” yazıb.

Nəşr qeyd edir ki, Tramp tez-tez belə tədbirlərdə xarici siyasət, o cümlədən inflyasiya və ABŞ-a miqrasiya problemləri ilə bağlı şərhlərlə çıxış edir, donorlardan külli miqdarda pul almağa çalışır.

Azpost.info

Əvvəlki məqalə

Almaniya və Fransa razılığa gəldi

Sonrakı məqalə

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub